Media tərəfindən yayılan məlumatda, “İslami Cihad” radikal hərəkatının Qəzza zolağından İsrail istiqamətində 100-ə yaxın raket atdığı deyilir
Media tərəfindən yayılan məlumatda, “İslami Cihad” radikal hərəkatının Qəzza zolağından İsrail istiqamətində 100-ə yaxın raket atdığı deyilir

 

“İslami Cihad” radikal hərəkatı Qəzza zolağından İsrail istiqamətində 100-ə yaxın raket atıb. Qruplaşmanın sözçüsü, raketlərin hədəfinin İsrailin mərkəzi və cənub bölgələri olduğunu bildirib.

İsrail mətbuatının yaydığı məlumatda, ölkəyə atılan raketlərin ya açıq əraziyə düşdüyü, ya da hava hücumundan müdafiə sistemi “Dəmir qübbə” tərəfindən zərərsizləşdirildiyi deyilir. İsrail ərazilərində həyəcan siqnalları işə düşüb.

“İslami Cihad”ın nümayəndələri bunun İsrailə qarşı hücumun yalnız başlanğıcı olduğunu bildirirlər.