Media tərəfindən yayılan məlumatda işğalçıların Xerson rayonunda Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün “referendum” keçirmək qərarı verdikləri deyilir
8124963 24.02.2022 Колонна военной техники ВС РФ в Армянске. Константин Михальчевский / РИА Новости
Rus işğalçılar işğal altındakı Xerson rayonunda “referendum” keçirmək qərarını veriblər-bu barədə Ukrayna mətbuatı məlumat yayır.
Paralel olaraq, rus mətbuatı tərəfindən yayılan məlumatda qeyd olunub ki “referendumun keçirilməsi regionun Rusiya Federasiyasının tərkibinə daxil olması məqsədini daşıyır”. Media tərəfindən yayılan məlumatda işğalçı rejimin nümayəndəsi Vladimir Saldonun Rusiyanın referendumun nəticələrini qəbul edəcəyinə ümidvar olduğunu dilə gətirdiyi deyilir.
Saldo Rusiyaya qayıdışın regionun təhlükəsizliyini təmin edəcəyini, bölgə xalqı üçün yeni imkanlar açacağını və tarixi ədalətin təntənəsi olacağını bildirib. Bundan əvvəl Donetsk və Luqansk separatçı administrasiyalarının ictimai palataları referendumun keçirilməsi təşəbbüsü ilə çıxış etmişdilər.