Media tərəfindən yayılan məlumatda İran təhlükəsizlik qüvvələrinin tələbələrə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi deyilir
İran təhlükəsizlik qüvvələri tələbələrə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Məlumatı “Reuters” agentliyi yayır. Yayılan məlumatda bildirilib ki, tələbələr İnqilab Keşikçiləri Korpusunun hərbçilərinin ultimatumuna və ölkə prezidentinin xəbərdarlığına məhəl qoymayıblar.
Sosial şəbəkələrdə yayılan materialda Bəsic qüvvələrinin tələbələrin aksiyasına atəş açdığı görünür.
İranda artıq yeddinci həftədir ki, aksiya iştirakçıları 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz edirlər.
“Təhlükəsizlik İslam Respublikasının qırmızı xəttidir və biz düşmənin bu dəyərli milli sərvəti sarsıtmaq planlarını həyata keçirməsinə imkan verməyəcəyik”-bu barədə İran prezidenti İbrahim Rəisi bildirib. Ölkə hakimiyyəti ABŞ və İsraili İranın əsas düşmənləri adlandırıb və onların yerli agentlərinin ölkədə sabitliyi pozmaq üçün iğtişaşlar yaratdığını qeyd ediblər.