Media tərəfindən yayılan məlumatda, avronun ABŞ dollarına nisbətdə məzənnəsinin son 20 ildə ən aşağı səviyyədə olduğu deyilir

12:36, 05.09.2022

 

Avronun ABŞ dollarına nisbətdə məzənnəsi son 20 ilin ən aşağı həddindədir. Qərb mətbuatı tərəfindən yayılan məlumatda, sentyabrın 5-də səhər saatlarında avronun məzənnəsinin 0,71 faiz ucuzlaşdığı və bir avronun 0,9883 dollar dəyərində olduğu deyilir.

Bu, 2002-ci ilin dekabrından bəri avro üçün ən aşağı məzənnədir. Qərb mətbuatı yazır ki, Rusiyanın “Şimal axını 1” qaz kəmərinin tam dayandırıldığını elan etməsindən sonra Avropa valyutası Avropa iqtisadiyyatındakı qeyri-müəyyənlikdən təsirlənib.

Media avqustun 2-də axşam saatlarında “Gazprom”un “Şimal axını” boru kəməri ilə qaz nəqlinin ehtimal ki fəaliyyətini davam etdirən kompressor stansiyasının nasazlığı səbəbindən tamamilə dayandırdığını elan etdiyini yazır.

Oxşar