Media tərəfindən verilmiş məlumatda, Krımda baş verən partlayış nəticəsində azı 5 nəfərin xəsarət aldığı deyilir
Krımda baş verən partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb. Sözügedən məlumatı “BBC” Rusiya mətbuatına istinadən yayır.
Rusiya Müdafiə Nazirliyi Saki rayonunda Novofyodorovka aerodromu yaxınlığındakı sursat anbarında partlayışlar baş verdiyini açıqlayıb. İlkin məlumatlara əsasən, biri uşaq olmaqla 5 nəfər xəsarət alıb.
Müdafiə Nazirliyindən verilən məlumatda, aviasiya sursatının detonasiyasının baş verdiyi, lakin partlayışların detonasiyanın təsiri nəticəsində baş vermədiyi və partlayışın səbəblərini istintaqın müəyyən edəcəyi deyilir.
Ukraynanın vitse-baş naziri İrina Vereşçuk Krımda baş verən partlayışa münasibət bildirib və Novofyodorovkada baş verən partlayışın Krımın kimə məxsus olduğunun daha bir əlaməti olduğunu bildirib.
“Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür. Ukraynada Krım tatarları, karaitlər və krimçaklar belə hesab olunur. Novofyodorovkadakı bugünkü partlayışlar Krımın kimə məxsus olduğunun daha bir xatırladıcısıdır. Çünki bura Ukraynadır” -deyə Vereşçuk yazıb.