Media tərəfindən verilən məlumatda Yunanıstanda yeniyetmənin polis tərəfindən öldürülməsinin 14-cü ildönümü ilə əlaqədar başlayan etiraz aksiyalarının iğtişaşlara və polislə toqquşmaya çevrildiyi deyilir

11:57, 07.12.2022

 

Yunanıstanda yeniyetmənin polis tərəfindən öldürülməsinin 14-cü ildönümündə başlayan etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmaya çevrilib.

Yunan polisi Afina və Salonikidə azı 35 nəfəri saxlayıb. Hər iki şəhərdə minlərlə nümayişçi polis zorakılığına etiraz etmək üçün bir araya gəlib.

2008-ci ildə 15 yaşlı Aleksandros Qriqolopulosinin polis tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişməsi Yunanıstanda son onilliklərin ən geniş miqyaslı iğtişaşlarına səbəb olub. Hadisə ilə bağlı polis məmuru ömürlük həbs cəzasına məhkum edilsə də, bir müddət əvvəl apellyasiya məhkəməsi onu azad edib.

Bundan əlavə, “Reuters” agentliyinin yazdığı üzrə Salonikidə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qaraçı icmasının nümayəndələri arasında toqquşma baş verib. Onlar bazar ertəsi 16 yaşlı qaraçı oğlana hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xəsarət yetirilməsinə görə nümayiş keçirirdilər. Nümayişçilər küçələrdə barrikadalar qurub, avtomobilləri yandırıblar. Polis yeniyetmənin ödəniş etmədən yanacaqdoldurma məntəqəsindən gizlənməyə çalışdığını açıqlayıb. Təqib zamanı polis ona baş nahiyəsindən xəsarət yetirib. Yeniyetmə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı bir məmur saxlanılıb.

Oxşar