Media tərəfindən verilən məlumatda Volodimir Zelenskinin bu gün ABŞ-a səfər edəcəyi və Co Baydenlə görüşəcəyi deyilir

10:08, 21.12.2022

 

Media tərəfindən verilən məlumatda Ukrayna prezidenti Volodimir Zelenskinin bu gün Amerika Birləşmiş Ştatlarına səfər edəcəyi deyilir. “BBC”nin yazdığı kimi, Zelenski ABŞ prezidenti Co Baydenlə görüşəcək.

Səfər çərçivəsində Zelenskinin Konqresdə çıxışı da planlaşdırılır.

Məlumat üçün bildirək ki, bu, Volodimir Zelenskinin Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk xarici səfəri olacaq.

Oxşar