Media tərəfindən verilən məlumatda Ukraynanın bütün vilayətlərində hava hücumu ilə bağlı həyəcan siqnalının səsinin eşidildiyi deyilir

10:16, 18.10.2022

 

Ukrayna mətbuatı tərəfindən verilən məlumatda ölkənin bütün vilayətlərində hava hücumu ilə bağlı həyəcan siqnalının səsinin eşidildiyi deyilir. Kiyevdə səhər saat 06:26-da siqnalın səsi işə düşüb. Həyəcan siqnalının işə düşdüyü son bölgələrdən biri Zakarpattya vilayətidir.

Xarkovda beş dəqiqə ərzində iki, silsilə partlayış baş verib. Mer İqor Terexov bildirib ki, şəhərin sənaye rayonu hücuma məruz qalıb. Xarkov metrosu fəaliyyətini dayandırıb. Əhali sığınacaqlara getməyə çağırılıb.

Bundan başqa, gecə saatlarında Nikolayev, Sumı və Dnepropetrovsk vilayətləri də bombalanıb.

Oxşar