Media tərəfindən verilən məlumatda Rusiyanın bəzi şəhərlərində qismən səfərbərliyə qarşı etirazların başladığı , həbslər barədə xəbərlərin yayıldığı deyilir
Rusiyanın bəzi şəhərlərində qismən səfərbərliyə qarşı etirazlar başlayıb. Həbslərlə bağlı məlumatlar yayılır. Bu barədə “BBC”nin rus xidməti məlumat yayır.
Media “Vesna” hərəkatının bu gün vətəndaşları etiraz aksiyasına çağırdığını yazır.
Paralel olaraq, “Wall Street Journal” nəşrinin jurnalisti aksiyalarda azsaylı iştirakçıların olduğunu yazır.
Mövcud məlumata əsasən, polis İrkutsk, Ulan-Ude və Xabarovskda nümayişçiləri dağıdıb. İrkutsk şəhərinin mərkəzi meydanında keçirilən aksiyaya 60-a yaxın insan toplaşıb. Tomskda bir neçə nəfər həbs edilib. Novosibirskə xüsusi təyinatlılar səfərbər olunub.
Rusiyada çalışan hüquq müdafiəçiləri tərəfindən verilən məlumatda Ukraynada müharibə başlayandan bəri Rusiyada müharibə əleyhinə nümayişlərdə 16500 nəfərin həbs edildiyi deyilir.