Media tərəfindən verilən məlumatda Rusiya işğalçı qüvvələrinin Slavyansk, Lvov və Xarkova raket zərbələri endirdiyi deyilir

12:09, 10.10.2022

 

Rusiya işğalçı qüvvələri Ukraynanın Slavyansk şəhərinə də zərbə endiriblər.

Şəhərin hərbi administrasiyasının məlumatına görə, raket zərbələri nəticəsində 4 nəfər həlak olub. Yaşayış məhəllələri bombardmanların hədəfinə çevrilib.

Ukrayna mətbuatı Rusiya işğalçı qüvvələrinin Lvov şəhərinə kütləvi hücum həyata keçirdiyini yazır. Şəhərdə baş verən kütləvi hücumlar səbəbindən məktəblər bağlanıb, mobil şəbəkələr sıradan çıxıb. Xarkovun bombalanması ilə bağlı da məlumatlar var.

Oxşar