Media tərəfindən verilən məlumatda Krasnodar vilayətinin Eysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayının 13-ə çatdığı deyilir

10:29, 18.10.2022

 
Krasnodar vilayətinin Eysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 13-ə çatıb. Ölənlər arasında 3 uşaq var. 19 nəfər yaralanıb. Müvafiq məlumatı media Rusiya Səhiyyə Nazirliyinə istinadən yayır.

Xilasetmə xidmətlərindən hərbi təyyarənin qəzaya uğraması nəticəsində yaşayış evində başlayan yanğının söndürüldüyü deyilir.

Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda bildirilir ki, “Su-34” təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb və pilotlar katapult etməyi bacarıblar. Təyyarənin qəzaya uğraması nəticəsində çoxmərtəbəli yaşayış binasının birinci beş mərtəbəsində yanğın baş verib.

Rusiya İstintaq Komitəsi Baş Hərbi İstintaq İdarəsində təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açıldığını açıqlayıb.

Oxşar