Media bir neçə gün əvvəl ölüm xəbəri yayılan çeçen müxalifətçi Tumso Abduraxmanovun sağ və İsveç polisinin himayəsində olması barədə məlumat yayır
Media bir neçə gün əvvəl ölüm xəbəri yayılan çeçen müxalifətçi Tumso Abduraxmanovun sağ və İsveç polisinin himayəsində olması barədə məlumat yayır

Bir neçə gün əvvəl ölüm xəbəri yayılan çeçen müxalifətçi bloqqer Tumso Abduraxmanov sağdır və İsveç polisinin himayəsindədir. Bu barədə “Kavkaz.Realii.” nəşri mühacirətdə olan Çeçenistan Respublikasının İçkeriya hökumətinə istinadən xəbər verir.

Bununla belə, İsveç polisi Abduraxmanovun məsələsinə dair şərh vermir.

İsveçdə dekabrın 1-də çeçen müxalifətçi, Ramzan Kadırovun tənqidçisi Tumso Abduraxmanovun qətlə yetirilməsi ilə bağlı məlumat yayıldı. Daha sonra Çeçenistanın “Qrozno” dövlət teleradio şirkətinin rəhbəri bloqqerin mümkün qətli ilə İçkeriya hökumətinin sədri Ahmad Zakaevin əlaqəsinin olduğunu bildirib.

“Kavkaz.Realii” İçkeriya hökumətinin mətbuat xidmətinin qeyd olunan ittihamı rədd etdiyini yazır. 2020-ci ilin fevralında da Tumso Abduraxmanova hücum edilib.