Media “Taliban”ın qadınların qeyri-hökumət təşkilatlarında işləməsini qadağan etdiyinə dair məlumat yayır

15:23, 25.12.2022

“Taliban”ın yeni fərmanına əsasən, Əfqanıstanda qadınların qeyri-hökumət təşkilatlarında işləməsi qadağan ediləcək.

Məlumatı “BBC” yayır.

Əfqanıstan İqtisadiyyat Nazirliyinin yaydığı bəyanatda çoxlu sayda qadın işçinin hicab taxmadığı və geyim qaydalarına əməl etmədiyi bildirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl “Taliban”ın qərarı ilə qızların Əfqanıstanda təhsil alması qadağan edilmişdi.

Oxşar