Media Rusiyanın Ukraynaya irimiqyaslı raket hücumları nəticəsində Ukraynanın bölgələrinin işıqsız qaldığı, Moldovanın bir hissəsinə də elektrik enerjisinin verilməməsi barədə məlumat yayır
Ukrayna mətbuatı Rusiyanın Ukraynaya qarşı irimiqyaslı raket hücumları həyata keçirməsi barədə məlumat yayır. Ukraynanın regionları işıqsız qalıb, Kiyevdə isə su təchizatı dayandırılıb.
Media Rusiyanın Ukraynanın bir neçə bölgəsinə eyni vaxtda raket zərbələri endirməsi barədə məlumat yayır.
Yayılmış məlumatda raketlərin Ukraynanın şərqindən və cənubundan atıldığı bildirilir.
Ukrayna mətbuatı Rusiyanın eyni vaxtda Ukrayna istiqamətində doqquz ədəd “Tu-95” strateji bombardmançı təyyarəsini havaya qaldırdığına dair məlumat verir.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Rusiyanın raketləri Avropa Parlamentinin onu terrorizmin sponsoru kimi tanıdıqdan sonra atdığını qeyd edib.
Rusiyanın Ukraynada həyata keçirdiyi irimiqyaslı bombardman nəticəsində Moldovanın yarısının işıqsız qalmasına dair məlumat yayılır. Moldovanın vitse baş naziri Andrey Spinu Kişinyov və ölkənin bir sıra regionlarının işıqsız qaldığını təsdiqləyib.