Media Rusiyanın gün ərzində Ukraynada Xarkovu ikinci dəfə bombalaması barədə məlumat yayır, həmçinin Belarus ərazisinə raket düşməsi barədə də məlumat yayılır
Rusiya Ukraynada gün ərzində ikinci dəfə Xarkov şəhərini bombalayır. Şəhərdə hava hücumu xəbərdarlığı elan edilib və bunun ardınca partlayışlar baş verib.
Xarkov meri İqor Terexov Rusiya işğalçı qüvvələrinin sənaye məhəlləsindəki infrastrukturu bombaladığını açıqlayıb. Media dəymiş ziyan və zərərçəkənlərin təfərrüatlarının dəqiqləşdirildiyinə dair məlumat yayır.
Ukrayna şəhərlərinə miqyaslı raket hücumu fonunda Belarus ərazisinə, “S 300” zenit-raket kompleksinin raketinin düşməsi ilə bağlı məlumat yayılır.
Belarus mətbuatı xəbər verir ki, Ukraynanın atdığı raket ölkə ərazisinə düşüb. Sözügedən raketin vurulduğu, yoxsa öz-özünə düşdüyü hələlik məlum deyil. Bugünkü raket hücumu nəticəsində Kiyevin 40 faizi işıqsız qalıb.