Media Rusiya işğalçı qüvvələrinin Xarkovu bombalaması barədə məlumat yayır
Rusiya işğalçı qüvvələri Ukraynanın Xarkov şəhərini bombalayıb. Bölgədə hava hücumu xəbərdarlığı elan edilib.
Ukrayna Prezident Administrasiyasında rus hərbçilərin Xarkov vilayətinə havadan hücuma keçdiyini bildiriblər.
Bombardman nəticəsində doğuş palatası, uşaq bağçası və onlarla evə ziyan dəyib. Xarkovun bombalanmasından sonra Ukraynanın mərkəzi və şərq bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.
Eyni zamanda Rusiya işğalçı qüvvələri Xerson şəhərinə raket hücumu həyata keçirib. Ukrayna Ordusunun Baş Qərargahının məlumatında rus hərbçilərin şəhərin mülki infrastrukturuna 33 raket zərbəsi endirdiyi deyilir.