Media rus qüvvələrinin dünən gecə boyunca kamikadze dronlar vasitəsilə yenidən Kiyevi bombalaması barədə məlumat yayır
Media rus qüvvələrinin dünən gecə boyunca kamikadze dronlar vasitəsilə yenidən Kiyevi bombalaması barədə məlumat yayır

 

Rus qüvvələri dünən gecə yenidən Kiyevi kamikadze dronlarla bombalayıb. Məlumatı “BBC” yayır.

Şəhərin meri Vitali Kliçko bombardman nəticəsində enerji obyektlərinə ziyan dəydiyini, qəza səbəbindən də elektrik enerjisinin verilişinin dayandırıldığını bildirib.

Ukrayna Baş Qərargahı ötən gecə boyunca Ukraynaya 51 hava zərbəsi endirilməsi, 44 İran dronundan istifadə edilməsi və reaktiv yaylım atəşi sistemlərindən 55 dəfə atəş açılması barədə məlumat yayır. Onların əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Bundan əvvəl, dekabrın 31-də və Yeni il gecəsi Rusiya qüvvələrinin həyata keçirdiyi kütləvi raket zərbələri nəticəsində 2 nəfər həlak olmuş, 50-yə yaxın insan yaralanmışdı.