Media Rişi Sunakın Böyük Britaniyanın baş naziri olacağı ilə bağlı məlumat yayır

17:39, 24.10.2022

 

Keçmiş maliyyə naziri Rişi Sunak Birləşmiş Krallığın növbəti baş naziri olacaq.

Media tərəfindən yayılan məlumatda bildirilir ki, İcmalar Palatasının lideri Penni Mordont son anda baş nazirlik uğrunda mübarizədə iştirakdan imtina edib, o, Rişi Sunakı dəstəklədiyini bildirib.

Bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2024-cü ildə keçiriləcək parlament seçkiləri zamanı ölkə başçısı postuna qayıtmağa çalışacağını bildirərək bu post uğrunda mübarizədən imtina edib.

Boris Consonun istefasından sonra sentyabrda Mühafizəkarlar Partiyasının rəhbərliyi və baş nazir olmaq üçün partiyadaxili seçkilərdə Rişi Sunak keçmiş xarici işlər naziri Liz Trassa məğlub olub.

45 gün baş nazir vəzifəsində qaldıqdan sonra Liz Trass keçən həftə istefa verdiyini açıqlayıb. Partiya lideri vəzifəsinə namizədliyini rəsmən təqdim edən digər namizəd İcmalar Palatasının lideri Penni Mordontdur. Keçmiş baş nazir Boris Conson da səsvermədə iştirak edəcək. Namizədlərin təqdim edilməsi üçün son tarix oktyabrın 24-də başa çatır.

Oxşar