Media Polşa və Ukrayna baş nazirləri arasında telefon danışığından sonra Stepan Banderanın ad günü ilə bağlı məlumatların Radanın saytından silinməsi barədə məlumat yayır

15:23, 03.01.2023

 

Polşa və Ukrayna baş nazirlərinin telefon danışığından sonra Stepan Banderanın doğum günü ilə bağlı məlumatlar Radanın səhifəsindən silinib. Bu barədə Polşa Xarici İşlər Nazirliyinə istinadən media məlumat yayır.

Polşa Xarici İşlər Nazirliyinin məlumatına əsasən Ukrayna Varşavanın səsini eşidib və Banderanın anadan olmasının 114-cü ildönümü ilə bağlı bəyanatı silib.

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, Volıniyada on minlərlə polyakı qətlə yetirmiş ukraynalı millətçilərin ideoloqu Stepan Banderanın tərənnümü Polşa dövləti üçün qəbuledilməzdir” -deyə Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik açıqlayıb.

Mularçik bildirib ki, ukraynalılar Polşa hökuməti və polyakların indi etdiklərinin müstəqil, suveren Ukrayna üçün daha böyük əhəmiyyət kəsb etdiyini bilməlidirlər.

Yanvarın 2-də Polşanın Baş naziri Mateuş Moravetski Ukrayna hökumətinin rəsmi səhifələrində Stepan Banderanın “tərənnümü” məsələsini ukraynalı həmkarı Denis Şmıqalla müzakirə edəcəyini bildirib.

Oxşar