Media – Nigerin paytaxtında hərbçilər qrupu tərəfindən həyata keçirilən üsyan cəhdindən sonra onlarla əsgər həlak olub və ya saxlanılıb
Nigerin paytaxtı Niameydə bir qrup hərbçinin üsyan cəhdindən sonra, onlarla əsgər həlak olub və ya həbs edilib. Bu barədə “Associated Press” yerli mediaya istinadən məlumat yayır.
Medianın məlumatına görə, üsyan cəhdinin arxasında “hərbi xuntanın idarəçiliyi şəraitində silahlı qruplaşmalar tərəfindən törədilən zorakılıqlar səbəbindən” gənc hərbçilər dayanıb.
Analitiklərin və diplomatların məlumatına görə, Rusiyanın “Afrika Korpusu” üsyana qarşı yerli qüvvələrə hava və quru dəstəyi təmin edib.
Medianın məlumatına görə, bununla yanaşı, Niameyin baş hava limanında, prezident sarayının yaxınlığında yerləşən hərbi bazada intensiv atışma və partlayış səsləri eşidilib.
“Döyüş bir neçə saat ərzində bir neçə yerdə davam edirdi, bu da təhlükəsizlik qüvvələrinə vəziyyəti tədricən nəzarəti ələ keçirməyə, tabe olmayan hərbçiləri saxlamaq və zərərsizləşdirmək imkanı verib”, – dövlət televiziyası xəbər verirdi.