Media Moskva məhkəməsinin rus müxalifətçi İlia Yaşini Rusiya ordusu haqqında yalan xəbər yayma ittihamı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etdiyinə dair məlumat yayır
Media Moskva məhkəməsinin rus müxalifətçi İlia Yaşini Rusiya ordusu haqqında yalan xəbər yayma ittihamı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etdiyinə dair məlumat yayır

 

Moskva məhkəməsi rus müxalifətçi İlia Yaşini Rusiya ordusu haqqında yalan xəbər yayma ittihamı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin qərarına əsasən, azadlığa çıxdıqdan sonra 4 il ərzində Yaşinə veb-saytları idarə etmək qadağan ediləcək. Onun vəkilləri hökmdən apellyasiya şikayəti verməyi planlaşdırırlar.

Medianın yazdığı kimi, “hərbi saxtakarlıqlar” haqqında qanun qüvvəyə mindikdən sonra bu, sözügedən maddə ilə verilən ən sərt hökmdür.

“Biz müharibə cinayətləri haqqında həqiqəti söylədik və qan tökülməsinə son qoyulmasını tələb etdik. Cavab olaraq isə prokurorun səsləndirdiyi soyuq müharibə dövründən şüarlar eşitdik”–deyə hökm elan edildikdən sonra “Telegram” kanalında siyasətçinin dərc olunmuş açıqlamasında deyilir.

Ukraynanın Buça şəhərində rus hərbçilərin törətdiyi cinayətlər barədə aprelin 7-də YouTube kanalında canlı efirdə danışan və abunəçilərinə Buçada rus qüvvələri tərəfindən öldürülən mülki şəxslər haqqında “BBC”nin süjetini göstərdikdən sonra Yaşin barəsində Rusiyada cinayət təqibi başladılıb.