Media İsrailin yeni təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məbəd dağına səfərinin fələstinlilər və müsəlmanlar tərəfindən tənqid edilməsi barədə məlumat yayır
İsrailin yeni ifrat sağçı təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məbəd dağına səfəri fələstinlilər və müsəlmanlar tərəfindən tənqid edilib. Bu barədə “BBC” məlumat yayır.
“BBC”nin yazdığı kimi, fələstinlilərə qarşı sərt siyasəti ilə tanınan Ben-Qvir polislərin əhatəsində olan ərazidə olub.
Verilən məlumatda İtamar Ben-Qvirin səfərinin onun baş nazir Benyamin Netanyahunun rəhbərliyi altında hökumətin 5 gün əvvəl and içməsindən sonra ilk ictimai hərəkəti olduğu deyilir. “Yəhudi Gücü” partiyasının lideri yəhudi ibadətlərinə icazə verilməsi üçün qaydaları dəyişmək istədiyini bildirir.
“Fələstin Administrasiyasının xarici işlər naziri İsrail nazirinin Əl-Əqsa məscidinə səfərini hücum və görünməmiş təxribat adlandırıb. İtamar Ben-Qvirin Məbəd dağını ziyarət etməsi Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən pislənilib və bunu Məscidül-Əqsaya qarşı təxribat xarakterli hərəkət adlandırıb. Təpə yəhudilikdə ən müqəddəs yer və İslamda üçüncü ən müqəddəs yerdir. Yəhudilər üçün o, iki İncil məbədinin yerləşdiyi Məbəd dağı, müsəlmanlar üçün isə Məhəmmədin cənnətə qalxdığı yer olan Haram əl-Şərif kimi tanınır.
Yəhudilərin və digər qeyri-müsəlmanların dua etməmək şərtilə kompleksi ziyarət etmələrinə icazə verilir, lakin fələstinlilər yəhudilərin ziyarətlərini status-kvonu dəyişdirmək cəhdi kimi qiymətləndirirlər. 2000-ci ildə İsrailin sağçı siyasətçisi Ariel Şaronun Məbəd dağına səfərindən sonra fələstinlilər ikinci dəfə “İtifada” (üsyan) elan etdilər. Məbəd dağı/Haram əl-Şərif İsrail-Fələstin münaqişəsində ən həssas yerdir.
Şərqi Yerusəlimdəki Məbəd dağı 1967-ci ildə Yaxın Şərq müharibəsindən sonra İsrail tərəfindən işğal edilib. Sonrakı razılaşmalara əsasən, İordaniyaya ərazinin qoruyucusu kimi tarixi rolunu davam etdirməyə icazə verildi, İsrail isə təhlükəsizlik və girişə nəzarəti öz üzərinə götürdü”-deyə BBC yazır.