Mədəniyyət Nazirliyi – 22 gürcü tələbə Avropanın doqquz ölkəsinin 17 incəsənət təhsil müəssisəsində təhsil alır
Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə gənclərə akademik proqramlar çərçivəsində dünyanın aparıcı incəsənət təhsil müəssisələrində təhsil almaq imkanı yaradılıb. Onların arasında Strasburq Universiteti, Estoniya Musiqi və Teatr Akademiyası, Frankfurt Musiqi və İfaçılıq Sənəti Universiteti, Münxen Musiqi və Teatr Universiteti, Ozimo Akademiyası, Orhus Kral Musiqi Akademiyası, Cüzeppe Verdi adına Konservatoria, Antverpen və Lyej Kral Konservatoriyaları, Sent Luis Musiqi Kolleci və Tosti Beynəlxalq Mahnı Akademiyası var.
Mədəniyyət Nazirliyinin məlumatına görə, layihənin məqsədi ali incəsənət təhsilinin əlçatanlığının artırılması, müasir incəsənətdə davam edən beynəlxalq proseslərə inteqrasiya, gənc sənətkarların motivasiyasının yüksəldilməsi, onların peşəkar və karyera inkişafına dəstək göstərilməsidir.
“İstedadlı gəncləri dəstəkləmək və onların peşəkar inkişafına kömək etmək dövlətin ən mühüm prioritetlərindən biridir. Bu məqsədlə Mədəniyyət Nazirliyi bir çox proqramlar həyata keçirir”, – nazirliyin məlumatında deyilib.