Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentlik milli əhəmiyyətli abidəsi olan Slesi qalasının reabilitasiyasını həyata keçirəcək
Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentlik milli əhəmiyyətli abidəsi olan Slesi qalasının reabilitasiyasını həyata keçirəcək

Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi Axaltsixe bələdiyyəsinin Atsğuri kəndində yerləşən milli əhəmiyyətli mədəni irs abidəsi olan Slesi (Moktsevi) qalasınının reabilitasiyasını həyata keçirəcək. Bu barədə Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentlik məlumat yayır.

Onların məlumatına görə, reabilitasiya layihəsi çərçivəsində qalanın divarlarının, qüllələrin, hasarın, bürcün və dayaq strukturlarının möhkəmləndirilməsi, bərpası və konservasiyası həyata keçiriləcək. Həmçinin, arxeoloqların nəzarəti altında Mtkvari çayının sahilində yerləşən tunelin sonu təmizlənəcək. Qalaya aparan və daxili yollar, həmçinin, ətraf ərazi də təmir ediləcək.

“Reabilitasiya işləri nəticəsində abidənin mövcud vəziyyəti xeyli yaxşılaşacaq.

Slesi qalası IX–X əsrlərə aiddir və Torisi və Samtsxenin tarixi sərhədində strateji baxımdan ən əhəmiyyətli, istehkam tikilisidir. 2006-cı ildə ona milli əhəmiyyətli mədəni irs abidəsi statusu verildi”, – Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyin yaydığı məlumatda deyilir.