Mədəni İrsin Qorunmasının Milli Agentliyi ziyarətçiləri ehtiyatlı olmağa çağırır

Yay fəslində mədəni irs olan muzeylərin ərazisinə gedən yeniyetmə ziyarətçi qruplarının axınının artması ilə bağlı Mədəni İrsin Qorunmasının Milli Agentliyi ziyarətçiləri ehtiyatlı olmağa çağırır.

​Mədəni İrsin Qorunmasının Milli Agentliyi tərəfindən yayılan bəyanatda deyilir ki, agentlik fiziki travmaların prevensiyası məqsədi ilə, (Uplistsixe, Vardzia, Davit Qareci monastır kompleksi kimi) mədəni irs abidələrində qonaq olan ziyarətçilərdən təhlükəsizlik normalarını qorumağı xahiş edir.

Qeyd olunan ərazilərə qonaq olan turistləri, yeniyetmələr qrupunu və onların rəhbərlərini, agentlik xüsusi ilə müəyyənləşdirilən marşrutla getməyə çağırır!

Həmin ərazilərdə, mütləq olan təhlükəsizlik qaydalarını pozan şəxslərə qarşı, agentlik öz məsuliyyətini geri çəkir! – deyilir agentliyin bəyanatında.