Mayk Conson - Donald Tramp və İlon Mask arasında qarşıdurma faydalı deyil, bu qarşıdurma açıq-aşkar şəxsi xarakter daşıyır
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Donald Tramp və İlon Mask arasında qarşıdurma “faydalı deyil”.
Mayk Consona görə, bu qarşıdurma açıq şəkildə şəxsi xarakter daşıyır.
“Mən çox çalışdım, İlonla dəfələrlə bu qanun layihəsi barədə danışmışam, ona dedim ki, onun bu qanun layihəsi ilə bağlı təsəvvürləri yanlışdır. O, buna daim xərcləmə qanun layihəsi deyirdi. Bu belə deyil. Bu, büdcə razılaşması ilə bağlı qanun layihəsidir. Bu, çox fərqli bir şeydir. Bu, tarixi xərclərin azaldılmasıdır. Müzakirə etmək istədiyim çox vacib məsələlər var, amma telefonda onunla əlaqə saxlaya bilmədim”, – Mayk Conson bildirib.