Mayın 9-u ilə əlaqədar Moskvada fövqəladə tədbirlər görülüb
Mayın 9-u ilə əlaqədar Moskvada fövqəladə tədbirlər görülüb

Paradda iştirak etmək üçün müxtəlif ölkələrin liderləri Moskvaya gəliblər. Rusiya mediasının yazdığına görə, Braziliya prezidenti Luiz İnasiu Lula da Silva, Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus prezidenti Aleksandr Lukaşenko artıq Kremlə gəlib.

Si Dzinpin də Moskvada səfərdədir və dünən Vladimir Putinlə danışıqlar keçirib.

Serbiya prezidenti Aleksandar Vuçiç və Slovakiyanın baş naziri Robert Fitso da Moskvadadır.

Bununla yanaşı, Rusiya mediasının məlumatına görə, işğal olunmuş Abxaziyanın qondarma prezidenti Badra Qunba və işğal olunmuş Cənubi Osetiyanın lideri Alan Qaqloyev də Kremldədir.

Rusiya prezidenti Vladimir Putin yerli vaxtla saat 10:00-da təntənəli paradda çıxış edəcək. Paradda hərbi texnika, o cümlədən ballistik raketlər və tanklar iştirak edəcək.

Rusiya hökumətində bildirirlər ki, hərbçilər planlaşdırılan tədbirlərin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edirlər və Moskvada fövqəladə tədbirlər görülüb.