Mayın 31-i saat 12:00-dan 18:00-dək Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtomobil Yolları Departamentinin məlumatına görə, Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Qurumun məlumatına görə, məhdudiyyətə səbəb yol hissəsində aparılan təmir işləridir.
“Gürcüstanın İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 93km -106km (Qudauri-Kobi) hissəsində aparılan təmir işləri ilə əlaqədar yolun sözügedən hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti 2025-ci ilin mayın 31-i saat 12:00-dan 18:00-dək məhdudlaşdırılır. Digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.”, – Yollar Departamentinin yaydığı məlumatda deyilib.