Maya Sandu Ukraynaya səfər edib

15:57, 26.04.2026

Moldovanın prezidenti Maya Sandu Ukraynaya səfər edib. Kiyevdə o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək, daha sonra isə Çernobıla yollanacaq., orada Çernobıl AES qəzasının 40-cı ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini yad edəcək.

Maya Sandu səfəri barədə sosial media vasitəsilə bəyan edib.

“Bu gün səhər saatlarında, Çernobıl fəlakətinin 40-cı ildönümündə, Prezident Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə, daha sonra isə Avropanı daha böyük faciədən qorumaq üçün sağlamlıqlarını və hətta həyatlarını qurban verənlərin xatirəsini yad etmək məqsədilə Çernobilə gedəcəyəm”, – Maya Sandu bildirib.

Moldova prezidentinin sözlərinə görə, “Çernobil qəzası fəlakətlərin sərhədlərinin olmadığını göstərdi və beynəlxalq həmrəyliyin gücünü nümayiş etdirdi”.

“Çirklənmiş reaktorun üzərində yerləşən tağ göstərir ki, ölkələr birlikdə işlədikdə böyük nailiyyətlər əldə edə bilərlər. Bu gün Avropada sülhü qorumaq üçün eyni birlik və qətiyyətə ehtiyacımız var. Moldovanın yeri tikintiyi seçənlərin yanındadır, dağıntını deyil”, – deyə Moldova prezidenti yazır.

Kiyevdən 120 kilometr məsafədə yerləşən Çernobil Atom Elektrik Stansiyasında baş vermiş qəza 1986-cı il aprelin 26-da baş verib və nüvə enerjisi tarixində ən ağır fəlakət hesab olunur. 4-cü blokda baş vermiş partlayış və yanğından sonra atmosferə böyük miqdarda radioaktiv maddə yayılıb. Radiasiya Avropanın bir çox ölkəsinə zərər vurub, ən çox isə Ukrayna və Belarus təsirlənib. Elektrik stansiyasının ətrafındakı yaşayış məntəqələrindən əhali təxliyə edildi. Ekskavatorlarla bir çox kənd yerlə-yeksan edildi. Radiasiyanın daha da yayılmasının qarşısını almaq üçün dağılmış reaktor “sarkofaq”la möhürləndi, atom elektrik stansiyasının ətrafında isə 30 kilometrlik “təcrid zonası” yaradıldı.

Oxşar