May ayında Gürcüstanda Meraiya Kerinin konserti planlaşdırılır

May ayında Gürcüstanda Meraiya Kerinin konserti planlaşdırılır.

İqtisadiyyat Naziri Giorgi Kobulianın dediyinə görə, bu məsələ ilə bağlı intensiv işlər aparılır.

“Ehtimala görə, may ayında Meraiya Keri Gürcüstanda ilk konsertini keçirəcək. Bu haqda dəqiq məlumat əldə edən kimi, ictimaiyyətə xəbər veriləcək” – dedi Kobulia.

Onun dediyinə görə, Meraiya Kerinin konserti Check in Georgia layihəsi çərçivəsində baş tutacaq.