Mateuş Moravietski Varşavanın tankların göndərilməsinə icazə verilməsi tələbilə Berlinə müraciət edəcəyini, lakin razılaşma olmazsa, Polşanın “kiçik koalisiya” çərçivəsində “Leopard “ı Ukraynaya təhvil verəcəyini bildirir
Polşanın Baş naziri Varşavanın tankların göndərilməsinə icazə verilməsi tələbilə Berlinə müraciət edəcəyini, lakin razılaşma olmazsa, Polşanın “kiçik koalisiya” çərçivəsində “Leopard “ı Ukraynaya təhvil verəcəyini bildirir. Bu barədə Mateuş Moravietski Polşa mətbuatına müsahibəsində açıqlayıb.
O, Almaniyanın xarici işlər naziri Analena Berbokun Berlinin Polşanın Ukraynaya tanklar göndərməsinə icazə verməyə hazır olması barədə bəyanatının ümid qığılcımı yaratdığını bildirib.
“Təzyiq vacibdir. Bu dramatik mübarizədə Ukraynaya kömək etmək istəyən ölkələrin koalisiyasının yaradılmasına yönəlmiş səylərimiz səmərəli oldu” -deyə Moravietski açıqlayıb.
Moravietski Polşanın Ukraynaya tankların verilməsi üçün Almaniya hökumətinə daim təzyiq göstərdiyini bildirib.
“Almaniyada 350-dən çox aktiv “Leopard” var və onlardan 200-ü ehtiyatdadır. Onlar həqiqətən də bu gün mübarizə aparan Ukraynaya kömək edə bilərlər. Bu, Avropada təhlükəsizlik və sülh uğrunda mübarizədir”-deyə Polşanın Baş naziri açıqlayıb.
Varşavanın Almaniyaya tankların Ukrayna üçün göndərilməsini xahiş edib-etməməsi sualına Moravietski cavabında Polşanın bunu edəcəkyini, hərçənd bunun ikinci dərəcəli məsələ olduğunu bildirib.
“Əgər Berlindən icazə almasaq. “Kiçik koalisiya” çərçivəsində almanlar olmasa belə, Ukraynaya tank və başqa şeylər verəcəyik. Bizim üçün şərt belə kiçik koalisiya yaratmaqdır” -deyə Polşa hökumətinin başçısı açıqlayıb.