Mateuş Moravietski Polşanın hərbi xərcləri ÜDM-in dörd faizinə qədər artıracağını bildirir
Polşa hərbi xərcləri ÜDM-in 4 faizinə qədər artıracaq. Bu barədə Polşanın Baş naziri Mateuş Moravietski bildirib.
“Ukraynadakı müharibə bizi daha tez silahlanmağa məcbur edir. Ona görə də bu il biz misilsiz səy göstərəcəyik. Bu, Polşa ordusu üçün xərclənəcək ümumi daxili məhsulun 4 faizini təşkil edəcək” -deyə Moravietski bildirib.
Ötən həftə parlament 97,4 milyard zlot (22 milyard dollar) hərbi xərcləri ehtiva edən 2023-cü ilin büdcəsini qəbul edib. Moravietski ordunun maliyyələşdirilməsinin hansı mənbədən artırılmasının nəzərdə tutulduğunu dəqiqləşdirməyib.