Mateuş Moravetski – Ukrayna qüvvələri rus raketlərini vurmaq üçün əks-raketlər atırdılar, uğursuz şəkildə atılmış raketlərdən biri Polşa ərazisinə düşüb

19:21, 16.11.2022

 

Ukrayna qüvvələri rus raketlərini vurmaq üçün əks-raketlər atırdılar, uğursuz şəkildə atılmış raketlərdən biri Polşa ərazisinə düşüb-bu barədə Polşanın baş naziri Mateuş Moravetski bildirib.

Moravetski hadisə yerinə hərbçilərdən ibarət əlavə qrup göndərdiklərini açıqlayıb.

“Bu hadisədən sonra bölmələrimiz daha yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib. Mən bizim xidmətlərdən, polis, sərhədçilər, eləcə də dövlət xidmətlərindən daha yüksək səviyyədə hazırlığın təmin edilməsini xahiş etmişəm və bu, artıq baş verib. Hadisə yerinə əlavə hərbçilər göndərilib. Ukrayna qüvvələri rus raketlərini vurmaq üçün əks-raketlər atırdılar, bütün bunlar amerika xidmətlərinin də dediyi kimi buna işarət edir . Uğursuz şəkildə atılmış raketlərdən birinin Polşa ərazisinə düşdüyünə dair sübutlar toplayırıq” -deyə Polşa hökumətinin başçısı bildirib.

Oxşar