Martın 22-də "Sarpi" gömrük buraxılış məntəqəsi işini müvəqqəti dayandıracaq
Martın 22-də "Sarpi" gömrük buraxılış məntəqəsi işini müvəqqəti dayandıracaq

Gəlirlər Xidmətinin məlumatına görə, martın 22-də, səhər saat 09:00-dan axşam saat 21:00-dək, Türkiyə Respublikasının “Sarpi” gömrük buraxılış məntəqəsində cari tikinti-rekonstruksiya işlərinə görə, “Sarpi” gömrük buraxılış məntəqəsi işini müvəqqəti dayandıracaq.

“Müvafiq olaraq, qeyd olunan vaxt ərzində, gömrük buraxılış məntəqəsində Türkiyə-Gürcüstan arasında sərnişinlərin, avto nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”, – Gəlirlər Xidmətində bəyan edirlər.

Elə onların məlumatına görə, bu barədə məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə Türkiyə Respublikasının konsulluğu çatdırdı.