Marta Kosi – Türkiyə, Azərbaycan və Ermənistandan yenicə qayıtdım, burada qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində işimizi yeni səviyyəyə qaldırdıq
Avropa İttifaqı regional əlaqələrin təşviqi məqsədilə Ankara, Bakı və İrəvanda yüksək səviyyəli danışıqlar aparıb, – bu barədə Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.
“Türkiyə, Azərbaycan və Ermənistandan yenicə qayıtdım, burada qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində işimizi yeni səviyyəyə qaldırdıq. Bu, Cənubi Qafqazda davamlı sülhə töhfə verə bilər, eyni zamanda Avropa ilə Asiya arasında ticarət və enerji marşrutlarını şaxələndirə bilər. Qarşılıqlı əlaqələrin genişləndirilməsi və gücləndirilməsi bir-biri ilə sıx bağlıdır. Hər ikisi Avropanın sabitliyinə, rifahına və təhlükəsizliyinə töhfə verir”, – deyə Kosi qeyd edib.
1 və 2 iyul tarixlərində Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen və Avropa Komissarı Marta Kosi Azərbaycana və Ermənistana səfər ediblər.