Marta Kos - Avropa Komissiyasının təklifi demokratik geriləmə və dinc nümayişçilərə, siyasətçilərə və müstəqil mediaya qarşı zorakı repressiyalara cavabdır
Marta Kos - Avropa Komissiyasının təklifi demokratik geriləmə və dinc nümayişçilərə, siyasətçilərə və müstəqil mediaya qarşı zorakı repressiyalara cavabdır

Avropa Komissiyasının bugünkü təklifi mövcud demokratik geriləmə və dinc nümayişçilərə, siyasətçilərə və müstəqil mediaya qarşı zorakı repressiyalara cavabdır, – bu barədə genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos X sosial şəbəkəsində yazır.

Marta Kosun yazdığı kimi, Avropa İttifaqı seçimi Avropanın gələcəyi olan gürcü xalqının yanındadır.

“Avropa Komissiyasının Gürcüstaın rəsmi şəsxləri üçün vizasız gediş-gəlişin dayandırılması ilə bağlı bugünkü təklifi davam edən demokratik geriləmə və Gürcüstanın iqtidarları tərəfindən dinc nümayişçilərə, siyasətçilərə və müstəqil mediaya qarşı zorakı repressiyalara cavabdır. Avropa Komissiyası artıq hökumətdən maliyyələşməni vətəndaş cəmiyyətinə, müstəqil mediaya yönləndirib və vətəndaş cəmiyyətinə dəstəyi gücləndirmək yollarını öyrənir. Avropa İttifaqı seçimi Avropa gələcəyi olan gürcü xalqının yanındadır. Avropa İttifaqının qapısı açıq qalır”, – Marta Kos yazır.

Avropa Komissiyası Gürcüstanda diplomatik pasport sahibləri və onların ailə üzvləri üçün vizasız rejimin dayandırılması təklifini təqdim edib.