Marneulidə Candar kəndində kanalizasiya sisteminin çəkilməsi zamanı bir işçi həlak olub
Marneulidə Candar kəndində bədbəxt hadisə baş verib, kanalizasiya sisteminin çəkilişi zamanı işçi həlak olub.
İki işçi tikinti işləri zamanı qazılan çuxura düşüb, onlardan biri həlak olub, digəri isə tibb müəssisəsinə aparılıb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma – 240-cı maddəsi ilə istintaq aparılır.