Marko Rubio və Sergey Lavrov arasında telefon danışığı olub. ABŞ Dövlət Departamentinin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio oktyabrın 16-da Rusiya xarici işlər naziri Sergey Lavrovla prezident Tramp və prezident Putin arasında telefon danışığında növbəti addımları müzakirə edib.
“Dövlət katibi vurğulayıb ki, gələcək görüşlər prezident Trampın baxışına uyğun olaraq Moskva və Vaşinqton üçün Rusiya-Ukrayna müharibəsinin dayanıqlı həllinə töhfə vermək məqsədilə əməkdaşlıq etmək imkanıdır”, – bəyanatda deyilib.
Bununla yanaşı, telefon danışığı ilə bağlı Rusiya mediası da məlumat yayır.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Sergey Lavrov və Marko Rubio Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında söhbət zamanı əldə olunan razılaşmaların həyata keçirilməsi üçün zəruri addımları müzakirə ediblər.