Marko Rubio və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub
Marko Rubio və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub

ABŞ Dövlət Katibi Marko Rubio Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı keçirib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayır.

“Dövlət Katibi Marko Rubio bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə danışıb. Onlar Qafqaz və Qara dəniz bölgəsində təhlükəsizlik də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələri müzakirə ediblər”, – Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun bəyanatında deyilib.