Marko Rubio Vaşinqtonda Pakistanın xarici işlər naziri ilə görüşüb
Marko Rubio Vaşinqtonda Pakistanın xarici işlər naziri ilə görüşüb

ABŞ Dövlət Katibi Marko Rubio Vaşinqtonda Pakistanın Xarici İşlər Naziri İshaq Dar ilə görüşüb.

Dövlət Departamentində qeyd edirlər ki, Rubio Pakistana “ölkənin İranla vasitəçilik prosesində və Yaxın Şərqdə Prezident Trampın sülh vizyonunun reallaşdırılmasında oynadığı konstruktiv rola görə” təşəkkür edib.

Bununla yanaşı, Pakistan Xarici İşlər Nazirliyinin izah etdiyi kimi, Marko Rubio görüş zamanı ölkənin diplomatik səylərini vurğulayıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla bağlı yekun qərar vermək üçün Vəziyyət Otağında rəsmi şəxslərlə görüş keçirəcəyini bildirib.

Məlumat üçün bildirək ki, Pakistan son aylarda ABŞ və İran arasında əsas vasitəçi rolunu oynayır.