Marko Rubio – USAID rəsmi olaraq bağlanma mərhələsindədir, hazırda Rassel Vout uzun müddətdir öz yolundan çıxmış bu agentliyin bağlanmasına rəhbərlik edir
Marko Rubio – USAID rəsmi olaraq bağlanma mərhələsindədir, hazırda Rassel Vout uzun müddətdir öz yolundan çıxmış bu agentliyin bağlanmasına rəhbərlik edir

ABŞ dövlət katibi Marko Rubio bildirir ki, ABŞ-ın Beynəlxalq Yardım Agentliyi, USAID-in bağlanmasına nəzarəti Ağ Ev Büdcə İdarəsinin rəhbəri Rassel Vout həyata keçirəcək. Bu barədə Rubio X sosial şəbəkəsində yazıb.

“Prezidentlə zarafat etdim ki, mənim dörd işim var. O mənə dedi ki, bu, mənim bir dostum olan Rasel Vouta verilsin. Mən də elə etdim. Yanvardan biz vergi ödəyicilərinin onlarla milyard dollarını qənaət etmişik. Əsas proqramların az miqdarda Dövlət Departamentinə köçürülməsi ilə USAID rəsmi olaraq bağlanma mərhələsindədir. Rassi hazırda uzun müddətdir yolundan çıxmış bu agentliyin bağlanmasının nəzarətinə rəhbərlik edir. Təbrik edirəm, Rass”, – Rubio yazıb.