Marko Rubio Ukraynada sülh səylərinin "dalana dirəndiyini" bildirir
Marko Rubio Ukraynada sülh səylərinin "dalana dirəndiyini" bildirir

ABŞ Dövlət Katibi Marko Rubio bildirir ki, Ukraynada davam edən müharibənin həlli üçün vasitəçilik səyləri “səmərəli nəticələr” verməyib.

Onun dediyinə görə, Amerikanın Ukraynaya sülh gətirmək səyləri “dalana dirənib”.

Bununla yanaşı, Rubionun qeyd etdiyi kimi, Vaşinqton şərait dəyişəcəyi təqdirdə yenidən vasitəçi rolunu oynamağa hazırdır.

“Biz irəliləyiş əldə etməyən bir səyə vaxt və enerji sərf etmək istəmirik, amma hər iki tərəfi sülh razılaşmasına yaxınlaşdıran vasitəçilik fürsəti görsək, bunu etməyə hazırıq”, – Rubio qeyd edib.

ABŞ Dövlət katibi müharibəni həm iqtisadi, həm də insani baxımdan “hər iki tərəfin çox ağır bədəl ödədiyi” bir faciə kimi qiymətləndirib.