Marko Rubio - Slovakiya və Macarıstan bizimlə çox möhkəm dayanan, ABŞ ilə fəal əməkdaşlıq edən ölkələrdir
Marko Rubio - Slovakiya və Macarıstan bizimlə çox möhkəm dayanan, ABŞ ilə fəal əməkdaşlıq edən ölkələrdir

ABŞ Dövlət Katibi Marko Rubio Slovakiya və Macarıstanın ABŞ ilə sıx əməkdaşlıq edən ölkələr olduğunu bildirir.

Onun dediyinə görə, o heç vaxt bu ölkələrdə olmayıb və indi əlaqələri gücləndirmək üçün yaxşı bir fürsətə sahibdir.

“Bunlar bizimlə çox möhkəm dayanan, ABŞ ilə fəal əməkdaşlıq edən və çox sıx əməkdaşlıq edən ölkələrdir. Bu, onları ziyarət etmək üçün yaxşı bir fürsətdir və mən daha əvvəl bu iki ölkədə heç vaxt olmamışam”, – Marko Rubio bildirib.

Məlumat üçün bildirək ki, ABŞ Dövlət Katibi Münhen Konfransından sonra 15-16 fevral tarixlərində Slovakiya və Macarıstana səfər edəcək.
ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, Dövlət katibi Bratislavada Slovakiya hökumətinin əsas üzvləri ilə ortaq regional təhlükəsizlik maraqlarını təşviq etmək, nüvə enerjisi və enerji şaxələndirilməsi üzrə ikitərəfli əməkdaşlığı gücləndirmək və Slovakiyanın hərbi modernləşdirilməsini və NATO-nu qarşısında dayanan öhdəlikləri dəstəkləmək üçün görüşəcək.

Bununla yanaşı, bəyanatda qeyd olunub ki, Marko Rubio Budapeştə səfəri zamanı ABŞ və Macarıstanın qlobal münaqişələrin həlli üçün sülh proseslərinə sadiqliyini, həmçinin ABŞ-Macarıstan enerji tərəfdaşlığı da daxil olmaqla ortaq ikitərəfli və regional maraqları gücləndirmək məqsədilə Macarıstan hökumətinin nümayəndələri ilə görüşəcək.