Marko Rubio Sergey Lavrovla bu gün Kuala Lumpurda görüşəcək

10:50, 10.07.2025

ABŞ-ın dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüş bu gün Malaiziyanın paytaxtı Kuala Lumpurda keçiriləcək.

“Yerli vaxtla saat 18:00-də dövlət katibi Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Kuala Lumpurda görüşəcək”, – Dövlət Departamentinin yaydığı bəyanatda deyilib.

Xatırladaq ki, Rubio Malaizyaya Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin illik görüşündə iştirak etmək üçün səfər edib.

Oxşar