Marko Rubio – Fevralın 28-də Ağ Evdə baş verən inanılmaz idi, gördüklərimə inana bilmirdim, bunun real ola bilməyəcəyini düşünürdüm, amma real idi
ABŞ dövlət katibi Marko Rubio fevralın 28-də Ağ Evdə baş verənin inanılmaz olduğunu deyib. Jurnalist Rubiodan fevralın 28-də Oval kabinetdə Donald Tramp və Volodimir Zelenski arasında baş verən mübahisə haqqında sual ünvanlayıb.
“Bu, belə getməli deyildi. Onlar gəlməmişdən əvvəl söhbətimiz oldu. Biz mövqeyimizi izah edək. Biz həqiqətən danışıqlara başlamaq istəyirdik. Bu baş verəndə heyrətə gəldim, çünki hər şey əvvəldən danışdığımızın tam əksinə getdi. Gördüklərimə inana bilmirdim. Mən bunun real ola bilməyəcəyini düşünürdüm, amma real idi”, – Rubio dedi.
Xatırladaq ki, fevralın 28-də Ağ Evdə Ukrayna və ABŞ liderləri arasında mübahisə baş verib. Hadisədən sonra ABŞ Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatının mübadiləsini dayandırıb. Həmçinin martın 11-də Səudiyyə Ərəbistanında amerikan və ukraynalı nümayəndə heyətləri arasında danışıqlar aparılacaq. Bu, Oval kabinetdə baş vermiş hadisədən sonra keçiriləcək ilk rəsmi görüş olacaq.