Marko Rubio – Donald Tramp administrasiyasının məqsədi Ukraynada müharibəyə son qoymaqdır ki, bir neçə ildən sonra yeni müharibə başlamasın

13:54, 22.01.2025

ABŞ prezidenti Donald Tramp administrasiyasının məqsədi Ukraynada müharibəyə son qoymaqdır ki, bir neçə ildən sonra yeni müharibə başlamasın. Bu barədə ABŞ-ın yeni dövlət katibi Marko Rubio CBS Mornings telekanalına müsahibəsində danışıb.

“Münaqişəyə son qoyulmalıdır və ABŞ-ın siyasəti ona son qoymağa yönəlib. Biz bunu sona çatdırmaq üçün əlimizdən gələni etmək istəyirik. Biz münaqişəni sadəcə bitirib, iki, üç və ya dörd ildən sonra təzələmək istəmirik. Biz sabitliyi təmin etmək istəyirik”. Rubio bildirib.

Bununla belə, ABŞ dövlət katibi qeyd edib ki, Ukrayna hazırda enerji infrastrukturu, insan və itkiləri baxımından ən yüksək qiyməti ödəyir, milyonlarla ukraynalı öz ölkələrini tərk etmək məcburiyyətində qalıb, xaricdə yaşayır.

Marko Rubionun fikrincə, hamı Donald Trampın ABŞ prezidenti seçilməsinə çox sevinməlidir, çünki o, dünyada sülhü təşviq etmək və bu münaqişələrə son qoymaq istəyir.

Oxşar