Marko Rubio – Davamlı tərəfdaşlığımızı və Bəhreynin təhlükəsizliyinə sadiqliyimizi bir daha təsdiqləmək üçün Bəhreyn kralı ilə görüşdüm

22:30, 25.06.2026

Biz regional sabitlik, Hörmüz boğazının azad və açıq olması, həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısının alınması məsələsində birik, – bu barədə ABŞ Dövlət Katibi Marko Rubio Bəhreyn Kralı Həməd bin İsa Əl-Xəlifə ilə görüşündən sonra bildirib.

Onun sözlərinə görə, ABŞ Bəhreynin təhlükəsizliyinə sadiqdir və onunla tərəfdaşlığı davam etdirir.

“Davamlı tərəfdaşlığımızı və Bəhreynin təhlükəsizliyinə olan sadiqliyimizi bir daha təsdiqləmək üçün Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə ilə görüşdüm. Biz regional sabitlik, Hörmüz boğazının azad və açıq olması, həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısının alınması məsələsində birik. İranın Bəhreynə hücumları qəbuledilməz idi və Amerika Birləşmiş Ştatları Bəhreyn xalqını və hökumətini dəstəkləyir”, – deyə Rubio bildirir.

Bununla yanaşı, Rubio jurnalistlərə bildirib ki, Fars körfəzi ölkələrinə rəsmi səfərindən məmnundur və onların liderləri ilə məhsuldar görüşlər keçirib.

“Çox məhsuldar bir görüş keçirdik, çox yaxşı bir görüş. Bu, Fars körfəzi ölkələri ilə həqiqətən də çox yaxşı bir görüş idi. Onlar bizimlə çox konkret narahatlıqlarını və ideyalarını bölüşdülər. Narahatlıq dedikdə mən onların sadəcə olaraq bu danışıqlarda həm texniki, həm də siyasi səviyyədə atacağımız hər bir addım barədə məlumatlı olmaq istədiklərini nəzərdə tuturam və biz onların prosesə cəlb olunmasını istəyirik”, – Marko Rubio bildirib.

Oxşar