Marko Rubio - Bu administrasiyanın fəaliyyətə başlamasından bəri ilk dəfə olaraq, Rusiyanın müharibəni bitirmək üçün irəli sürə biləcəyi konkret tələblərə dair nümunələrimiz var
ABŞ Dövlət Katibi Marko Rubio deyir ki, administrasiya fəaliyyətə başlayandan bəri ilk dəfədir ki, onlarda Rusiyanın müharibəni bitirmək üçün hansı tələbləri irəli sürə biləcəyinə dair konkret nümunələr var.
Bu barədə Rubio “Fox News” efirində bildirib.
“Düşünürəm ki, Rusiyanın müharibəni hansı şərtlərlə bitirəcəyini daha yaxşı anlayırıq.İndi biz bunu ukraynalıların və bizim avropalı müttəfiqlərimizin – amma ilk növbədə ukraynalıların – qəbul etməyə hazır olduqları ilə müqayisə etməliyik. Əgər biz ukraynalıların və rusların razılaşdıqlarını əldə edə bilsək, o zaman düşünürəm ki, prezidentin həm Putin, həm də Zelenski ilə görüşüb buna son qoymağa çalışması üçün bir imkan yaranar. Amma düşünürəm ki, administrasiya fəaliyyətə başlayandan bəri ilk dəfədir ki, biz Rusiyanın müharibəni bitirmək üçün hansı tələbləri irəli sürə biləcəyinə dair konkret nümunələrə malikik. Bizdə əvvəllər belə bir şey olmayıb”, – Rubio deyib.