Marko Rubio BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisinə ABŞ-a və İsrailə qarşı aparılan siyasi və iqtisadi kampaniyaya görə sanksiyalar tətbiq edib
ABŞ-ın dövlət katibi Marko Rubio BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albanesə sanksiyalar tətbiq edib.
Onun dediyinə görə, Vaşinqton artıq Françeska Albanesenin ABŞ-a və İsrailə qarşı apardığı siyasi və iqtisadi kampaniyaya dözməyəcək.
“BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albanesə sanksiyalar tətbiq edirəm, çünki o, qeyri-legitim və utancverici hərəkətləri ilə ABŞ və İsrailin rəsmi şəxslərinə, şirkətlərinə və menecerlərinə qarşı Beynəlxalq Cinayət Məhkəməsində tədbirlərin başlanmasına cəhd göstərib. Artıq Albanesenin ABŞ-a və İsrailə qarşı siyasi və iqtisadi kampaniyasına dözməyəcəyik. Biz həmişə müdafiə hüququnda tərəfdaşlarımızın yanında olacağıq”, – Marko Rubio bildirir.