Marko Rubio – Biz Ukrayna və Rusiyaya sülhə gedən yolu göstərdik və onların hər ikisinin “bəli” deməsinə ehtiyacımız var, hər kəs həyatını xilas etməyə çalışdığı üçün Trampa təşəkkür etməlidir

11:50, 25.04.2025

“Biz Ukrayna və Rusiyaya sülhə gedən yolu göstərdik”, – bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“İlk növbədə, biz tərəfdaşlarımıza müharibəni bitirmək üçün zəruri olan məsələləri müzakirə etmək variantlarını təklif etdik. Bu müharibə bitə bilər. Hər iki tərəf bununla razılaşmalıdır. Biz onlara irəliyə doğru gedən yolu göstərdik”, – Rubio qeyd edib.

ABŞ dövlət katibinin bildiriyinə görə, bu ideyaların müzakirəsi artıq baş tutub.

“Dünən yaxşı görüş keçirilib. Şənbə-bazar yaxşı görüşlər keçiriləcək. Biz onlara sülhə gedən yolu göstərdik. Bizə Ukrayna və Rusiyanın hər ikisinin “bəli” deməsi lazımdır. Hər kəs sülhməramlı olduğuna və insanların həyatını xilas etməyə çalışdığına görə prezident Trampa təşəkkür etməlidir. Burada etməyə çalışdığımız şey budur. Bu bizim müharibəmiz deyil. Bildiyiniz kimi, biz başlamamışıq, amma biz ölümü, məhvi bitirməyə çalışırıq”, – Rubio qeyd edib.

ABŞ dövlət katibi vurğulayıb ki, ABŞ administrasiyası sonda hər iki tərəfin “bəli” deməsi üçün “hər şeyi” edəcək.

Oxşar